18 C
Baku
Thursday, April 18, 2024

Britaniyada çoxu rusiyalı olmaqla 140 milyonçunun işinə baxılır

Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) çoxu Rusiya vətəndaşı və ya rusiyalı olmaqla 140-a yaxın zəngin insanın işlərini araşdırır. Bu barədə “RİA Novosti”yə NCA-dakı mənbə bildirib.

Qeyd edilib ki, NCA zəruri məlumatları toplayır və haqqında araşdırmanın aparıldığı şəxslərdən 2018-ci ildə qüvvəyə minən qanunvericiliyə uyğun olaraq kapitalın mənşəyini izah etməyi xahiş edir.

Agentliyin həmsöhbəti siyahıda Rusiyadan başaqa, digər ölkələrin, o cümlədən Afrika ölkələrinin nümayəndələrinin olduğunu qeyd edib.

Mənbənin sözlərinə görə, NCA-nın diqqətini var-dövlətləri 50 min funt sterlinqdən qat-qat çox olan zəngin vətəndaşlar çəkib: “Söhbət milyonlardan gedir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər