10 C
Baku
Thursday, December 12, 2024

Britaniyada inflyasiya səviyyəsi 40 illik maksimuma çatıb

Böyük Britaniyada illik inflyasiya 1982-ci ildən bəri rekord qıraraq 9.1%-ə yüksəlib, Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir. Qeyd olunur ki, ölkədə istehlak qiymətləri aprel ayı ilə müqayisədə 0.7% artıb.

Eyni zamanda, CPIH indeksi (mənzil sahiblərinin mənzilin saxlanması üçün xərcləri nəzərə alınmaqla inflyasiya) bir ay əvvəlki 7.8% ilə müqayisədə 7.9% təşkil edib.

Bundan əvvəl, iyunun 16-da İngiltərə Bankı bu ilin oktyabrına qədər Böyük Britaniyada inflyasiyanın 11%-ə qədər sürətlənəcəyini proqnozlaşdırmışdı. Qeyd olunur ki, oktyabrda inflyasiyanın artması ev təsərrüfatları üçün proqnozlaşdırılan yüksək enerji qiymətlərini əks etdirir.

Son xəbərlər
Digər xəbərlər