-1 C
Baku
Sunday, December 15, 2024

Britaniyada “Johnson&Johnson” peyvəndinin istifadəsi təsdiqlənib

Böyük Britaniyanın Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Agentliyi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tək dozalı “Johnson&Johnson” peyvəndinin istifadəsini təsdiqləyib.

Peyvəndin COVID-19-a qarşı 67 faiz effektiv olduğu bildirilib.

Bəzi araşdırmalara görə peyvənd xəstələnmə və ölümdən tam qorumada yüksək effekt daşıyır.

““Johnson&Johnson” tək dozalı peyvənd olduğu üçün qarşıdakı aylarda əhəmiyyətli rol oynayacaq”, – deyə Britaniyanın səhiyyə naziri Matt Hankok qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər