32 C
Baku
Sunday, July 14, 2024

Britaniyada kral III Çarlzın əks olunduğu yeni sikkələrin buraxılışı başlayıb

Böyük Britaniyada kral III Çarlzın əks olunduğu yeni sikkələrin buraxılışı başlayıb.

Bu barədə bu gün İngiltərə mətbuatı yazır.

Qeyd olunur ki, kralın təsvir olunduğu 50 pens dəyərində sikkələr dekabr ayında ölkədaxili dövriyyəyə buraxılacaq. Bu il ərzində ümumilikdə 10 milyona yaxın yeni sikkənin istehsa olunması gözlənilir.

Xatırladaq ki, sentyabr İngiltərə Bankı 2024-cü ildən III Çarlzın əks olunduğu yeni əskinasların dövriyyəyə buraxılacağını elan etmişdi.

Eyni zamanda sabiq kraliça III Elizabetin əks olunduğu əskinaslar da qüvvədə qalmaqda davam edəcək

Yeni pulların dövriyyəyə 2024-cü ilin ortalarında daxil olacağı proqnozlaşdırılır. Eyni zamanda mərhum kraliça II Elizabetin əks olunduğu əskinaslar da qüvvədə qalmaqda davam edəcək.

Xatırladaq ki, II Elizabet 70 illik hakimiyyətdən sonra sentyabrın 8-də 96 yaşında vəfat edib. III Çarlz sentyabrın 10-da kral elan olunub.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər