17 C
Baku
Monday, May 20, 2024

Britaniyada yaşayış evlərinin qiyməti rekorda çatıb

Bu ilin yanvar ayında Böyük Britaniyada yaşayış evlərinin qiyməti rekord həddə çatıb. Orta statistik evin 276,7 min funt sterlinqə (374,4 min ABŞ dolları) başa gələcək.

Bu barədə “Halifax” konsaltinq şirkətinin (“Lloyds Banking Group”un ipoteka bölməsi) açıqlamasında deyilir.

Qeyd olunur ki, 2021-ci ilin yanvar ayı ilə müqayisədə Britaniyada ev qiymətləri 9,7% və ya 24 min funt sterlinq (32,4 min dollar) artıb. Eyni zamanda, dekabr ayı ilə müqayisədə qiymətlər cəmi 0,3% artıb ki, bu da 2021-ci ilin iyunundan bəri ən aşağı tempdir.

Britaniyanın “Nationwide Building Society” ipoteka cəmiyyətinin məlumatına görə, yanvar ayında evlərin qiymətlərində illik artım son 17 ilin ən yüksək göstəricisi olub.

Bununla belə, ekspertlərin fikrincə, 2022-ci ildə Böyük Britaniyada mənzil qiymətlərinin artım tempi əhəmiyyətli dərəcədə yavaşlaya bilər. Bu da ondan irəli gəlir ki, mənzillərin qiymətinin əhalinin gəlirlərindən daha sürətlə artdığı, faizlər qalxdıqca ipoteka kreditlərinin bahalaşdığı indiki vəziyyəti uzun müddət saxlamaq mümkün deyil.

Digər tərəfdən, qiymətlər yaşayış evləri bazarında təklifin olmaması ilə dəstəklənməyə davam edəcək.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər