7 C
Baku
Sunday, December 15, 2024

Britaniyada yeni avtomobil satışı 30 ilin ən aşağı həddinə enib

Ötən il Böyük Britaniyada 1.61 mln. ədəd yeni avtomobil qeydiyyatdan keçib.

Bu, 1992-ci ildən bəri ən aşağı səviyyədir.

Britaniya Avtomobil İstehsalçıları və Tacirləri Cəmiyyətinin baş direktoru Mayk Havesin sözlərinə görə, baş verənlər davam edən COVİD-19 pandemiyasının təsirləridir: “Əsas problem təchizat zəncirinin qlobal səviyyədə pozulmasıdır. Tələbat var. İstehsalçılar da kifayət qədər avtomobil istehsal etmək üçün həqiqətən də çalışırlar”.

Bütün bunlara baxmayaraq, elektrik avtomobillərə olan tələb artıb. Belə ki, 2022-ci ildə satılan avtomobillərin 1/5-ni elektrik avtomobilləri təşkil edib. Elektrik avtomobillərin satışı 190 mindən 267 minə, bazar payı isə 11.6%-dən 16.6%-ə yüksəlib. Təkcə 2022-ci ilin dekabr ayında isə bu rəqəm 33%-ə qədər artıb ki, bu da “Tesla” ixracının ölkəyə tədarük olunduğu zamana görədir.

Qeyd edək ki, ötən il Böyük Britaniyada ən çox satılan avtomobillər bunlardır: “Nissan Qashqai”, “Vauxhall Corsa”, “Tesla Model Y”, “Ford Puma”, “Mini”, “Kia Sportage”, “Hyundai Tucson”, “Volkswagen Golf”, “Ford Kuga”, “Ford Fiesta”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər