6 C
Baku
Monday, December 16, 2024

Britaniyalı məktəblilər ev tapşırıqlarında süni intellektdən istifadə edirlər

Böyük Britaniyanın təhsil texnologiyaları şirkəti “RM Technology” tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, məktəblilər süni intellektdən getdikcə daha çox istifadə edirlər. Eyni zamanda, müəllimlər şagirdlərin təkbaşına və ya süni intellekt vasitəsilə yazdıqları ev tapşırıqlarını bir-birindən fərqləndirə bilmirlər.

Tədqiqat çərçivəsində 1000 tələbə və 500 müəllimlə müsahibə aparılıb. Nəticələrin göstərdiyi kimi, müəllimlərin 66%-i şagirdlərin ev tapşırıqlarını süni intellekt vasitəsilə yerinə yetirdiyinə əmindir. Müəllimlərin 36%-i isə hesab edir ki, şagirdlər süni intellekt məsələlərini müəllimlərdən daha yaxşı başa düşürlər.

Bununla yanaşı, müəllimlərin 89%-i əmindir ki, insan zəkası, empatiyası və yaradıcılığı əvəzsizdir, 35%-i isə hesab edir ki, şagirdlər material üzərində təkbaşına işləməsələr, daha az öyrənirlər və daha az bilik əldə edirlər.

Məktəblilərə gəldikdə, onların 67%-i inşa yazmaq, fizika və riyaziyyat məsələlərini həll etmək, mətnləri tərcümə etmək, şeir yazmaq və s. üçün “ChatGPT” kimi çat-botlardan istifadə etdiyini etiraf edib.

Bütün ev tapşırıqlarını süni intellektlə yerinə yetirən şagirdlərin payı 19% təşkil edir. Eyni zamanda, məktəblilərin yalnız 38%-i tapşırıqları müstəqil şəkildə yerinə yetirmədiyinə görə özünü günahkar hiss edir.

Son xəbərlər
Digər xəbərlər