Britaniyalı iş adamı Cim Retkliff İngiltərənin “Mançester Yunayted” klubunun səhmlərini almağa hazırlaşır.
Milyarder “qırmızı şeytanlar”ın rəhbərliyi ilə danışıqlara başlayıb.
O, klubun səhmləri üçün 4 milyard funt sterlinq təklif edib. Tərəflərin bu məbləğdə anlaşacağı və Retkliffin “Mançester Yunayted”in yeni sahibi olacağı gözlənilir.
Qeyd edək ki, “Mançester Yunayted”ə 2005-ci ildən amerikalı iş adamı Malkolm Qleyzer rəhbərlik edir.