22 C
Baku
Thursday, October 3, 2024

Britaniyanın energetika naziri istefa verib

Rişi Sunakın Baş nazir vəzifəsinin icrasına başlaması ilə Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası naziri Cekob Ris-Moqq istefa verib.

Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Daha əvvəl Ris-Moqq hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin hökumət başçısı postu uğrunda mübarizədə keçmiş Baş nazir Boris Consonu dəstəkləyib.

Kanalın məlumatına görə, ətraf mühit, ərzaq və kənd inkişafı naziri Ranil Cayavardena, İcmalar Palatasındakı parlament partiyasının təşkilatçısı Vendi Morton da öz vəzifələrini itirəcəklər.

Bundan əlavə, ədliyyə naziri Brendon Lyuis istefa verdiyini rəsmən elan edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər