Böyük Britaniyanın bank nəhəngi “HSBC” “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu aşağı salıb.
Banker.az AZƏRTAC-a istinadən qeyd edir ki, bu barədə məlumatı “HSBC” özü verib. “HSBC” cari ildə “Brent”in bir barrelinin orta qiymətinin 64 dollar olacağını nəzərdə tutur. Bank əvvəlki proqnozunda 2019-cu il üzrə “Brent” neftinin qiymətinin 80 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırırdı.
Banka görə, qlobal iqtisadiyyata dair proqnozlar qeyri-müəyyən qalmaqda davam edir. Həmçinin ABŞ-da neft istehsalının artması və tələbatdakı qeyri-müəyyənliklər qiymətə dair proqnozun aşağı salınmasına təsir edən amillərdir.