-3 C
Baku
Sunday, December 15, 2024

Britaniyanın “Monzo” bankı $144 mln. cəlb etdi və $2,5 mlrd. qiymətə çatdı

Şirkət “Revolut”, “Chime” və digər maliyyə-texniki xidmətlərdə rəqabət aparır.

Banker.az xəbər verir ki, Britaniyanın “Monzo” bankı bir qrup investor qrupundan 113 milyon funt sterlinq (təqribən 144 milyon dollar) cəlb edib.

Yeni maliyyə raundunda həmçinin “Stripe” xidməti, “Accel” və “Orange” vençur şirkətləri və digər investorlar iştirak ediblər, bu haqda TechCrunch yazır. “Monzo” vəsaitlərdən inkişaf və ABŞ bazarında möhkəmlənmək üçün istifadə etməyi planlayır.

İnvestorlar şirkəti 2 milyard funt sterlinq (2,5 milyard dollar) dəyərində qiymətləndiriblər. Son maliyyə raundunda, 2018-ci ilin oktyabrında “Monzo” 1 milyard funt sterlinq dəyərində qiymətləndirilmişdir.

“Monzo” – maliyyə-texniki xidmətdir, onun köməyi ilə debet kartı açmaq və pul köçürmələrini həyata keçirmək mümkündür. Şirkətin gər hansısa fiziki bölmələri yoxdur. Onun rəqibləri sırasında isə “Chime” ın adını çəkmək olar.

Şirkətin verdiyi məlumata görə, onun 2 milyondan çox müştərisi var, qərargahı Böyük Britaniyada yerləşir. Crunchbase-nin verdiyi məlumata görə, 2015-ci ildən bəri “Monzo” ümumilikdə 324,7 milyon funt sterlinq (413,6 milyon dollar) cəlb edib.

Son xəbərlər
Digər xəbərlər