5 C
Baku
Saturday, December 14, 2024

Britaniyanın “TSB Bankı”nın icraçı direktoru aprel ayı baş vermis texniki nasazlıqdan sonra istefa verib

Britaniyanın TSB bankının icraçı direktoru Paul Pester aprel ayı 19 milyon müştəriyə təsir göstərmiş  texniki xətadan sonra istefa verib . Yeni icraçı director təyin edilənə kimi nun vəzifələrini TSB-nin idarə heyətinin sədri  Richard Meddings icra edəcək.

2018-ci ilin aprel ayında bank keçmiş Lloyds Banking Group ana platforması ilə yeni  İT- platformaya keçid etmək istəyərkən uğursuz transfer əməliyyatları nəticəsində bankın müştərilərinin bir neçə həftə ərzində online servisə çıxışı mümkün olmadı. 2015-ci ildən bəri TSB bank İspan qrupu Sabadellə-yə məxsusdur.

Məlumat verilir ki, Pesterin gedişi bankın idarə heyətinin razılığı ilə olub və top-menecer  IT-böhran ilə bağlı hər hansı bir şəxsi məsuliyyət daşımır. O, vəzifəni £ 1,7 milyon ilə tərk edir.

Bank sistemlərinin uğursuz şəkildə köçürülməsi 176,4 milyon funt sterlinqə başa gəlib və 26,000 müştəri öz hesablarını  bağlayıblar.Bir çox müştərilər öz hesablarına daxil ola bilmədi və bəzi müştərilərə digər müştərilərin məxfi qeydlərinə giriş imkanı verildi.

Britaniyanın  tənzimləyiciləri orqanları baş vermis insidetlə bağlı araşdırmaya  başlayıblar və TSB hüquq firması Slaughter & May hüquq firması uğursuzluğun səbəbləri barədə hesabat tərtib etməyi tapşırıb.

Son xəbərlər
Digər xəbərlər