Azərbaycanın broyler şirkətinin Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

22 iyun 2026-ci il tarixində, saat 11.00-da, Kürdəmir rayonu, Çöl-ərəb kəndində yerləşən “Kürdəmir Broyler” ASC-nin inzibati binasında Cəmiyyətin Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

I. “Kürdəmir Broyler” ASC-nin 2025-cü ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması məsələsi haqqında;

II. Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi haqqında;

III. Xüsusi əhəmiyyətli əqdin bağlanması haqqında;

IV. Digər məsələlər.

Xatırladaq ki, “Kürdəmir Broyler” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 374 048 manatdır və qanuni təmsilçisi Yusub Xəlilovdur.

Son xəbərlər
Digər xəbərlər