“British Airways” Londonun Qatvik hava limanından bütün uçuşları dayandırmaq qərarına gəlib.
Şirkətin açıqlamasında koronavirus səbəbindən aviareyslərə tələbatın azalmasından sonra uçuşların dayandırılmasına qərar verildiyi bildirilib.
Britaniya hökuməti ölkə xaricindəki vətəndaşlarını gətirmək üçün “British Airlines”, “EasyJet” və “Virgin Atlantic” şirkətləri ilə işləyir.
Hökumət, həmçinin Britaniya vətəndaşlarının ölkəyə gətirilməsi üçün çarter reyslərin təşkili üçün 75 milyon funt sterlinq vəsait ayırıb.
©Azərtac