5 C
Baku
Saturday, December 14, 2024

“British American Tobacco” Rusiyada biznesinin satışını başa çatdırıb

British American Tobacco (BAT) şirkəti Rusiya və Belarusdakı biznesini satmaq üçün müqavilə bağlayıb. BAT sentyabrın 7-də Rusiyadan ayrıldığını elan edib, müqavilə sentyabrın 14-də bağlanıb. Məbləğ açıqlanmayıb.

“7 sentyabr 2023-cü il tarixli elanımıza əlavə olaraq sizə bildirmək istərdik ki, biz Rusiya və Belarus bizneslərimizin satışını başa çatdırmışıq. Satış yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq və bütün lazımi icazələr alındıqdan sonra həyata keçirilib”, – mesajda deyilir.

BAT 2022-ci ilin mart ayında biznesi köçürməyi planlaşdırdığını açıqlayıb. Əməliyyat başa çatdıqdan sonra şitkət “ITMS Group” (International Tobacco Marketing Services Group) adı altında fəaliyyət göstərməyə davam edəcək.

Son xəbərlər
Digər xəbərlər