Bu ilin yanvar-iyun ayları üzrə Bakı Fond Birjasının (BFB) dövlət qiymətli kağızlar və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatları istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi açıqlanıb.
BFB-dən bildirilib ki, renkinqə 2,419 milyard manatla “Unicapital İnvestisiya Şirkəti” ASC başçılıq edib. Renkinqdə 1,128 milyard manatla “PAŞA Kapital” İnvestisiya Şirkəti ikinci, 1,101 milyard manatla “İnvest-Az” İnvestisiya Şirkəti üçüncü yerdə qərarlaşıb.