Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilir.
Bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino “Twitter”də bildirib.
“Baş nazirlərin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan və Azərbaycan sərhəd komissiyalarını onların 3-cü iclası üçün Brüsseldə salamlamaqdan məmnunluq duyuruq. Avropa İttifaqı tərəfləri regionda təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır”, Aİ rəsmisi bildirib.