22 C
Baku
Thursday, April 25, 2024

Brüsseldə Ukraynanın Aİ-yə namizədliyi ilə bağlı müzakirələr başlayacaq

Bu gün Ukraynaya Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi ilə bağlı müzakirələr başlayır.

Brüsseldə başlayacaq müzakirələr debat şəklində aparılacaq.

Bununla yanaşı Aİ-yə daxil olmağı ümid edən Moldova və Gürcüstanın da məsələsi müzakirə oluncaq.

Cümə gününə qədər davam edəcək müzakirələrdən sonra iyunun 17-də Avropa Komissiyası öz tövsiyələri ilə bağlı qərar verəcək.

Namizədlərin statusu ilə bağlı yekun qərar Aİ dövlət başçılarının iyunun 23-24-də keçiriləcək sammitində verilməlidir.

Ekspertlər qeyd edirlər ki, Avropa komissarları Kiyevə yaşıl işıq yandıra bilər.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər