23 C
Baku
Sunday, July 21, 2024

BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 113 713 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 6.16% çoxdur.

Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinin məlumatında bildirilir.

Məlumata görə, ötən ilin müvafiq dövründə BTC kəmərilə Türkiyə ərazisilə 107 117 89 452 min barel neft nəql edilib.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12.64% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər