11 C
Baku
Wednesday, December 11, 2024

BTC ilə dünya bazarlarına çıxarılan neftin həcmi açıqlanıb

İstismara veriləndən indiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə nəql olunaraq dünya bazarlarına 4.3 milyard barel neft çıxarılıb.

Bunu “BP-Azərbaijan” şirkətinin maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Alan bu gün Bakıda keçirilən Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfransında (SPE Annual Caspian Technical Conference) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, BTC artıq 17 ildir istismarda olan yüksək texnoloji imkanlara malik olan infrastruktur qurğusudur: “Qeyd olunan vaxtda BTC ilə 4.3 milyard barel neft nəql olunub, buraya Azərbaycan nefti ilə yanaşı Qazaxıstan və Türkmənistan nefti də daxildir”.

Xatırladaq ki, kəmərin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər