6 C
Baku
Saturday, December 14, 2024

BTQ dəmir yolunun genişləndirilməsindən sonra ilk yük qatarı yola salınıb

Genişləndirilməsi bu yaxınlarda tamamlanmış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə mayın 20-də yüklərin daşınmasına start verilərək ilk yük qatarı yola salınıb.

Abşeron Logistika Mərkəzindən yola çıxan 20 konteynerdən ibarət yük qatarı Gürcüstan istiqamətində hərəkətə başlayıb.

Bu ayın əvvəlində BTQ-nin Gürcüstandan keçən 184 kilometrlik hissəsinin təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri tamamlanıb. Görülmüş işlər nəticəsində bu dəmir yolu xəttinin illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Modernləşdirilmiş BTQ xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər