15 C
Baku
Saturday, April 20, 2024

BTQ ilə Çindən Türkiyəyə gəlmiş qatarın Ankarada təntənəli qarşılanma mərasimi keçiriləcək

Bu gün Türkiyənin paytaxtı Ankaradakı dəmiryol stansiyasında Çindən gələn 850 metr uzunluğunda yük qatarının təntənəli qarşılanma mərasimi keçiriləcək.

Report agentliyinin  Türkiyə bürosu xəbər verir ki, “Bir kəmər – bir yol” layihəsi çərçivəsində ölkə ərazisinə daxil olan qatar Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttindən istifadə edən ilk yük qatarıdır. 

Onun yükü 76 kubmetrdir və elektron komponentləri daşıyan 42 konteynerdən ibarətdir. Qatar oktyabrın 28-də Qarsdan Ankaraya doğru hərəkət edib. 

Türkiyə, Gürcüstan, Çin və bir çox ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı təntənəli qarşılanma mərasimində ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyyəti təmsil edəcək. 

Tarixi İpək Yolunun canlandırılması üçün Çinin 2013-cü ildən reallaşdırdığı “Bir kəmər – bir yol” layihəsi Asiya Avropa və Afrika qitələrini əhatə edir. Çinin paytaxtı Pekini Böyük Britaniyanın paytaxtı Londonla Türkiyə üzərindən birləşdirməyi hədəfləyən yolun ən əhəmiyyətli hissəsini BTQ təşkil edir. Bir trilyon dollarlıq yükü, 3 milyard insanı və 65 ölkəni əhatə edəcək nəhəng dəmir və dəniz yolu nəqliyyatı şəbəkəsi sayəsində mallar Çindən Asiya, Avropa və Afrikaya daha qısa müddətdə çata biləcək. Türkiyənin orta dəhlizdə olması layihədə əhəmiyyətli yer təşkil edir.

Son xəbərlər
Digər xəbərlər