“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində (BTRİB) kadr dəyişikliyi olub.
APA-nın əldə etdiyi məlumata görə, BTRİB-in Hüquq şöbəsini rəisi Famil Mehdiyev işdən çıxarılıb. Onu yerinə yeni təyinatın olub-olmaması barədə məlumat yoxdur.
Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.