16 C
Baku
Thursday, May 2, 2024

Bu aviaşirkət “Boeing” təyyarələrindən imtina edir

Almaniyanın turizm marşrutları üzrə ixtisaslaşmış ən böyük aviaşirkəti olan “Condor” 2025-ci ildə bütün “Boeing” təyyarələrini öz filotiliyasından çıxaracaq.

Hazırda aviadaşıyıcı “Boeing” və “Airbus” təyyarələrindən istifadə edir. İnkişaf strategiyası “Condor”un aviaparkında yalnız Avropa istehsalı olan “Airbus” təyyarələrinin qalmasını nəzərdə tutur.

Alman aviaşirkəti əvvəlcə 2024-cü ildə genişgövdəli “Boeing 767” təyyarələri ilə uçuşları dayandıracaq. 2025-ci ildə isə o, digər dargövdəli “Boeing 757” təyyarələrini parkından çıxararaq, “Boeing”lərdən istifadədən tam imtina edəcək.

“Airfleets.net”in məlumatına əsasən, alman aviaşirkətinin aviaparkındakı üç ədəd “Boeing 767”-nin orta yaşı 29, “Boeing 757” hava gəmisində isə 24-dür.

“Condor” yaxın illərdə donanmasını əhəmiyyətli dərəcədə yeniləmək niyyətindədir. Bu məqsədlə, şirkət yeni nəsil dargövdəli “A320neo”, “A321neo” və genişgövdəli “A330neo” tipli “Airbus” təyyarələrini sifariş edib. Bu hava gəmiləri köhnə təyyarələri əvəz edəcək.

“Condor” şirkətinin filotiliyasına aid “Boeing 757” təyyarələrinin bir qismi Ukraynanın “Skyline Express” aviaşirkətinin parkında peyda ola bilər. Belə ki, aviaşirkət, 2023-cü ildə əvvəllər almanların uçduğu iki ədəd “Boeing 757” təyyarəsini əldə edib. Hazırda “Skyline Express” bu təyyarələrdən Polşa ilə turizm marşrutlarında fəal şəkildə yararlanır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər