12 C
Baku
Friday, March 29, 2024

Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir

“Aprelin 2-də saat 08:00-dan 22:00-dək Binəqədi rayonu, Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq”.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Rəsmi məlumata görə, buna səbəb ərazidə aparılacaq təmir işləridir:

“Nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 71 nömrəli marşrutun hərəkət sxemi dəyişdiriləcək. İki istiqamətdə – “Azadlıq prospekti” metro stansiyası – Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən)  – “Koroğlu” metro stansiyası istiqamətində fəaliyyəti təşkil ediləcək”, – rəsmi məlumatda bildirilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər