10 C
Baku
Wednesday, December 11, 2024

Bu ay Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək

May ayında Bolqarıstan-Yunanıstan İnterkonnektoru (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının həcmi Bolqarıstanın daxili tələbatının 76,6 %-ni ödəcəyi proqnozlaşdırılır.

Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) məlumatına görə, Azərbaycanla uzunmüddətli qaz müqaviləsinin qaz qovşaqlarındakı qiymətlərlə deyil, beynəlxalq bazarlardakı neft qiymətləri ilə əlaqələndirilməsinin “əlverişli qiymətlərin əldə edilməsində” rol oynayır.

Tənzimləyicinin bildirdiyinə görə, məişət istehlakı üçün qazın qalan hissəsi mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair müqavilə əsasında Bolqarıstanın enerji holdinqinin törəmə şirkəti olan “Bulgargaz” dövlət qaz şirkəti tərəfindən təmin edilib.

Bolqarıstanın kommunal xidmətlər üzrə tənzimləyici orqanı EWRC may ayında ölkədə tənzimlənən qazın qiymətində 7 % endirimi təsdiqləyərək qiyməti 1 MVt/saat üçün 54,7 lev (30 ABŞ dolları) səviyyəsində təyin edib. Burada nəqliyyat xərcləri, aksiz vergiləri və əlavə dəyər vergisi istisna haldır.

Tənzimləyici aprel ayında cüzi artımdan sonra baş verən qiymət enişinin səbəbini açıqlamasa da, beynəlxalq qaz bazarlarında qiymət meyllərini nəzərə aldığını bildirib.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər