7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bu bankı 153 nəfər dağıdıb – “Siyahını istəyirik”

Hazırda ləğv etmə prosesində olan «Bank Standard»ın müflisləşməsində bankdan böyük məbləğdə təminatsız kreditlər götürən və bu kreditləri onlara ayıran təqribən 153 nəfər günahkardır.

Banker.az Fed.az-a istinadən xəbər verir ki, bunu «Bank Standard»ın Kreditorlar Komitəsinin Sədri Şahin Əhmədov bildirib.

Onun sözlərinə görə, sözügedən 153 nəfər bankdan hərəyə azı 500 min manatdan yuxarı kredit götürüblər. Bu kreditlərin yarısı faizsiz, yarısı da təminatsız verilib. İndi Kreditorlar Şurası həmin şəxslərin adlarının açıqlanmasını və onların ictimailəşdirilməsini istəyir ki, onlar gizlənə bilməsinlər və banka olan kreditləri qaytarsınlar: «Mən Əmanətlərin Sığortalanması Fonduna dedim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Rəsmi məktub da yazmışam»- deyə Ş.Əhmədov bildirib.

«Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Niyə təminatsız kredit verdiklərini araşdırmaq lazımdır. Məqsəd odur ki, bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır»- deyə «Bank Standard»ın Kreditorlar Komitəsinin sədri bildirib.

 Xatırladaq ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar  Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.

İndiyədək bankın müştərilərə verdiyi 60 milyon kredit geri qaytarılıb, eyni zamanda qaytarılmayan kreditlərin müqabilində 70 milyon manatlıq əmlak bankın balansına verilib.

Son xəbərlər
Digər xəbərlər