ABŞ Prezidenti Donald Tramp Çinin dövlət mediasının və çinli liderlərin noyabrın 3-də keçiriləcək prezident seçkilərində demokrat rəqibi Co Baydenin qalib gəlməyini istədiklərini iddia edib.
Belə bir iddia ilə o, Tvitterdə çıxış edib:
“Çin dövlət mediası və Çin liderləri Baydenin ABŞ-dakı seçkiləri qazanmasını istəyirlər. Bu baş versə, (ki olmayacaq), Çin ölkəmizin sahibi olacaq”.
Baydenin Çinin dəstəyi ilə seçkiləri qazanmasının iqtisadi nəticələrinə də diqqət çəkən Tramp “Hazırda rekord qıran iqtisadiyyatımız tamamilə çökər” deyə xəbərdarlıq da edib.