10 C
Baku
Thursday, December 12, 2024

“Bu dəfə əmanətçilərə kompensasiyanı agent kimi bağlanmış banklar özləri ödəyəcək”

Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankı – “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin əmanətçilərinə kompensasiya ödəmək üçün agent bank qismində bu dəfə bağlanmış banklar özləri çıxış edəcək. Bunu keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

“Əmanətçilər öz banklarını yaxşı tanıyır, odur ki, bu dəfə agent bankların bağlanmış bankların özlərinin olmasına qərar verdik. Təbii ki, kompensasiya Fondun xətti və nəzarəti ilə ödəniləcək”, – deyə A.Cavadov qeyd edib.

Fondun başçısı kompensasiya olunacaq əmanətlərin məbləği ilə bağlı son bir həftədə yaranmış fərqin səbəbini belə izah edib: “Martın 1-də bizdə qanunvericilik dəyişib. Qorunan və qorunmayan əmanətlərin statusu ilə bağlı dəyişiklik olub. Əvvəl eyni bankda depozit və ona görə verilmiş kreditlər əvəzləşdirilmirdi. İndi isə əmanətin məbləğindən kreditin məbləği çıxılır və qalan məbləğ kompensasiya kimi ödənilir”.

Report

Son xəbərlər
Digər xəbərlər