9 C
Baku
Thursday, December 12, 2024

Bu dövlət şirkətləri AİH-in idarəçiliyindən çıxarıldı

Azərkosmos və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki olan 5 qurumun adı Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Sərəncama görə, “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nın 11-ci hissəsi və 16.2 – 16.5-ci bəndləri ləğv edilib.

Burada, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətilərinin adı var idi.

Son xəbərlər
Digər xəbərlər