30 noyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və bugünkü tələb son bir ilin hərraclarında qeydə alınmış ən yuxarı göstərici olub.
Banker.az xəbər verir ki, bu barədə AMB-nin məlumatında deyilir.
Hərracda tələb 77.8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Banklara sonuncu dəfə 2022-ci ilin dekabr ayının 20-dən ($93.4 mln.) ən yuxarı göstəricidir.
“Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışıb” – deyə, məlumatda qeyd edilir.
Beləliklə, noyabr ayında ümumilikdə 427 mln. dollar satılıb.