Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçiləcək.
AMEA-dan bildirilib ki, günün ikinci yarısında akademiyanın Ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda AMEA-ya yeni prezident seçiləcək.
Qeyd edək ki, AMEA-nın hazırkı prezidenti, akademik Akif Əlizadənir və onun 85 yaşı var və bildirlir ki artıq istefa verib. O, 2013-cü ildən bu vəzifəni tuturdu.
Ötən gün yerli KİV-də yayılan məlumata görə, AMEA-nın yeni prezidenti kimi akademiklər – Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.