17 C
Baku
Şənbə, May 28, 2022

Bu gün Avropanın üç ölkəsinin lideri Kiyevə səfər edəcək

Bu gün Polşa, Çexiya və Slovakiya liderləri Ukraynaya dəstək göstərmək üçün Avropa İttifaqının missiyası ilə Ukrayna paytaxtı Kiyevə səfər edəcəklər.

“Associated Press” xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala tviterdə yazıb.

“Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığına və müstəqilliyinə qeyd-şərtsiz dəstəyini ifadə etməkdir”, – hökumət başçısı bildirib.

Onunla birlikdə Slovakiyanın Baş naziri Yanez Yanşa, Polşanın Baş naziri Mateuş Moravetski və Polşa Baş nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, mühafizəkar hakim partiyanın lideri Yaroslav Kaçinski də Kiyevə gedəcək.

Son xəbərlər
Oxşar xəbərlər