Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək.
Report agentliyi xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək.
Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç il müddətinə Azərbaycana keçəcək.