Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın xarici ölkələrdəki bəzi fövqəladə və səlahiyyətli səfirlərinin vəzifədən geri çağırılması, həmçinin, səfir vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncamlar imzalanıb. Banker.az sərəncamlar ilə bağlı icmalı təqdim edir.
Mahir Əliyev Azərbaycanın BƏƏ-də fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Elçin Bağırov Azərbaycanın BƏƏ-də fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Tural Rzayev Misir və Sudanda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb, Əlcəzairdə fövqəladə və səlahiyyətli səfir təyin edilib.
Elxan Poluxov 19 avqust 2022-ci il tarixində Braziliyada səfir vəzifəsindən geri çağırılıb, bu gün Misirə səfir təyin edilib.
Fikrət Axundov Niderlandda səfir vəzifəsindən geri çağırılıb.
Rəhman Mustafayev Fransa, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monakoda səfir vəzifəsindən geri çağırılıb, Niderlandda səfir təyin edilib.
Leyla Abdullayeva Fransada səfir təyin edilib.
İlqar Muxtarov Müqəddəs Taxt-Tacda səfir təyin edilib.