8 C
Baku
Friday, December 13, 2024

Bu gün kompaniyalarda hökm sürən dörd dağıdıcı mif

Bəzi kompaniyalarda belə bir mif hökm sürür ki, eyni zamanda iki zehni tapşırıq üzərində işləmək mümkündür.

Biz iki tapşırıq arasında cəld hərəkət etməyi öyrətməyimizə baxmayaraq, bunun mümkünlüyünə inanmırıq. İnsan bir tapşırıqla məşğul olduqda, istər-istəməz digərini unudur. 

Məsələn, əgər siz call center-də (zəng mərkəzində) çalışırsınızsa, sizin əsas işiniz zənglərə cavab verməkdir. Bu zaman siz diqqətinizi maillərə ayırıb gələn mesajları yoxladıqda zənglərlə bağlı baş verənləri diqqətinizdən qaçırırsınız. Həmçinin burda “kommutasiya vaxtı” adlandırılan bir proses də müşahidə olunur ki, bu da bir tapşırıqdan digərinə keçidi asanlaşdırır. Kommutasiya vaxtı bir tapşırıqdan digərinə keçid üçün lazım olan müddətdir.

 Tədqiqatçı David Mayerə əsasən kommutasiya vaxtı bizim birinci tapşırıq üzərində işlədiyimiz vaxtı orta hesabla 25% daha uzun edir. Qısa zamanda fokuslaşma tələb edən tapşırıqlarda isə bu inanılmaz dərəcə də  qeyri effektivdir.

Sonsuz sayda fikir yayınmaları olduqdan sonra yenə də öz diqqətini əsas məsələ üzərində cəmləmək çox çətin olur. Sizin bir rəhbər kimi edəcəyiniz ən pis şey işçiləri mütəmadi olaraq emaillərini yoxlamağa sövq etməkdir.

Mif 2. Bir az narahatlıq bizi daha yaxşı çalışmağa sövq edir

Bir dəqiqəlik tam qüvvəniz ilə çalışdığınız anları, yəni işin öhdəsindən çox yaxşı gəldiyiniz vaxtı yada salın. Siz onda hansı hissləri yaşayırdınız. Müxtəlifliyə baxmayaraq əminəm ki, ağlınıza gələn sifətlərin hamısı müsbət çalarlıdır. Narahatlıq enerjinin mənbəyi, hətta motivasiya da ola bilər, lakin o çox baha başa gəlir, yəni onun insanların psixoloji durumuna təsiri mənfidir.

Biz nə qədər çox narahatlıq hiss ediriksə, bir o qədər çox aydın fikirləşmirik və təxəyyül qabiliyyətimiz də zəifləyir, daha çox instinktiv və impulsiv hərəkət edirik. Bu sizin üçün heç də yaxşı deyil və əgər siz super-visor rolundasınızsa, bunun fəsadları xüsusi ilə böyük olacaq.

Öz səlahiyyətləriniz çərçivəsindən asılı olaraq sizin bir rəhbər kimi enerjiniz proporsional şəkildə işçiləriniz arasında da paylanır. Qısa şəkildə desək, sizin davranışınız həmişə kimin isə narahatlığını, həyəcanını artırır və ya neqativ emosiyalar doğurur-və onlar heç də öz işlərini ən effektiv şəkildə icra edə bilmirlər.

Sizin enerjiniz nə qədər müsbət olsa, bu işçilərə bir qədər müsbət sirayət edəcək və son nəticədən də hamı məmnun qalacaq.

 Mif 3.Yaradıcılıq genetik keçən xüsusiyyətdir, bunu öyrətmək mümkün deyil

Daima dəyişiklikləri və görünməmiş rəqabəti ilə xarakterizə olunan qlobal dünya iqtisadiyyatında  demək olar ki, hər bir CEO (baş icrası direktor) daha çox innovasiaya etmək yollarını axtarmaq üçün vurnuxur. Təəssüf ki, CEO-ın əksəriyyəti özlərini kreativ hesab etmir və dərindən formalaşmış belə bir inancı paylaşırlar ki, yaradıcılıq daha çox anadan gəlmə və möcüzəvi bir xüsusiyyətdir

Nə qədər təəccüblü olsa da, tədqiqatçılar yaradıcılığın müxtəlif mərhələləri və onlara çatmaq yolları haqqında fikir yekdilliyinə malikdirlər. Bizim təhsil sistemi, və əksər kompaniya mədəniyyətləri   sol beyin yarım kürəsinin düşünmə, məntiqi, analitik və deduktiv qabiliyyətinin inkişafını dəstəkləyir. Sağ yarımkürəsinin böyük şəkil, intuisiya və vizual qabiliyyətlərinin məqsədli inkişafına isə yetərincə diqqət ayrılmır.

Belə məlumdur ki, kreativ proses sağ və sol yarımkürələr arasında irəli və geriyə hərəkət edir. Kreativlik həqiqətən də bütün beyindən daha fleksiv şəkildə istifadə edir. Əslində bu proses bizim adi qaydada təsəvvür etdiyimizdan daha sistemli və öyrədilməsi mümkün şəkildə baş verir. Insanlar onlara kreativ mərhələnin hər bir prosesində xidmət göstərəcək yarımkürələrə daha çevik şəkildə təsir etməyi öyrənməklə  həqiqətən də orijinal ideyalar istehsal edə bilərlər.

 Mif 4. Işi daha cəld hazırlamağın yolu uzun saatlar ərzində işləməkdir.

 Heç bir mif işçilər və müəssisə üçün bu sonuncu qədər dağıdıcı təsirə malik deyil. Səbəb odur ki, biz kompüter deyilik, yüksək sürətlə, fasiləsiz və ardıcıl şəkildə, uzun davamlı saatlar ərzində işləməyə proqramlaşdırılmamışıq. Hətta insan orqanizmi, insan bir varlıq kimi enerji sərf etdiyi və bərpa etdiyi müddət ərzində mütəmadi olaraq, yəni vaxtaşırı nəbzinin sürəti dəyişir. Dahi icraçılar və məşhur liderlər bildirir ki, insanın yaradıcılığına uğur gətirən amillər onun saatlar uzunu nəyin isə üzərində işləməsi ilə deyil, məhz gördükləri işə nə qədər enerji gətirməsi ilə bağlıdır.

Bizlərdən əksəriyyətinin etdiyi kimi, öz enerji ehtiyatlarınızı sistemli şəkildə yandırmaq əvəzinə, mütəmadi olaraq mümkün yollar ilə itirilmiş enerjini bərpa etmək lazımdır. Bu bizim bütün gün təravətli və gümrah olmağımıza kömək edər. Strateji olaraq hər 90 dəqiqədən bir, intensiv diqqət fokuslaşmasından sonra fasilə etmək, həmin işi daha qısa müddət ərzində yekunlaşdırmağa icazə verir.

 Bu mülahizəni sınaqdan keçirmək istərdiniz? Öz gündəliyinizdə sizə ən çətin görünən işi yatmamışdan əvvəl seçin. Bunu bir həftə boyu təkrar edin, yəni sabahın çətin tapşırıqlarını axşamdan müəyyən edin. Seçdiyiniz tapşırıq üzərində səhər 60 və 90 dəqiqə ərzində diqqətinizi tam ona cəmləməklə vaxt sərf edin.

Planlaşdırılmış start və finiş vaxtı seçin, bu müddət ərzində heç bir fasiləyə yol verməmək üçün əlinizdən gələni edin (bunun üçün maili söndürmək də işə yarayır). Buna riayət edin və əmin olun ki, bu sizin bütün gün ərzində görmüş olduğunuz ən məhsuldar iş vaxtı olacaq.  Həmin müddət bitdikdə, özünüzə həqiqi qüvvələrinizi bərpa edəcək, həqiqi bir tənəffüs vaxtı ayırın.

Son xəbərlər
Digər xəbərlər