Bu gün Milli Məclisin plenar iclası davam etdiriləcək.
Deputatlar iclasda Vergi Məcəlləsinə təklif edilən bir çox dəyişiklikləri müzakirə edəcəklər.
Milli Məclisin 3 gün – 12, 13 və 14 noyabrda davam edən iclaslarının gündəliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, “Sosial müavinətlər haqqında” qanun layihələri, o cümlədən Vergi Məcəlləsində dəyişikliklər, Milli Məclisinin 2020-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası daxildir.
Qeyd edək ki, ötən iki gün ərzində 2020-ci ilin dövlət büdcəsi və digər bir sıra məsələlər birinci oxunuşda təsdiq olunub. Bu gün iclasda əsasən Vergi Məcəlləsi müzakirə olunacaq.
©Trend