3 C
Baku
Saturday, December 14, 2024

Bu gün Milli Məclisdə 2020-ci il ilin dövlət büdcəsi müzakirə olunacaq

Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il ilin dövlət büdcəsi müzakirə olunacaq.

İclasda, həmçinin “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

Müzakirələr 3 gün, 12, 13 və 14 noyabrda davam edəcək.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.

©Trend

Son xəbərlər
Digər xəbərlər