10 C
Baku
Friday, December 13, 2024

Bu gün Milli Məclisin buraxılması barədə məsələyə baxılır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Banker.az xəbər verir ki, iclasın gündəliyinə yalnız bir məsələ daxildir.

Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Son xəbərlər
Digər xəbərlər