-3 C
Baku
Sunday, December 15, 2024

Bu gün Türk Şurasının Zirvə videozənglə görüşü keçiriləcək

Bu gün Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək.

Sammit koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub və Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidentləri Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstan Baş naziri Viktor Orban və TDƏŞ Baş katibi Bağdad Amreyevin iştirak edəcəyi gözlənilir.

Videokonfransda iştirakçıları koronavirus epidemiyası ilə mübarizə üçün milli səviyyədə görülən tədbirlər, səhiyyə sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı və bölgədə COVID-19-un yayılmasının yaratdığı ümumi problemləri həll etməyin yolları barədə fikir mübadiləsi aparacaq, koronavirusun milli və dünya iqtisadiyyatlarına mənfi təsirini aradan qaldırmağın yollarını müzakirə edəcək, böhran zamanı və pandemiyadan sonrakı dövrdə ticari-iqtisadi əlaqələri davam etdirmək və maneəsiz nəqliyyat əlaqələrini təmin etmək üçün birgə səylər və ümumi tədbirlərə toxunacaqlar.

Sammitin yekununda birgə bəyannamə qəbul ediləcəyi gözlənilir.

©Report

Son xəbərlər
Digər xəbərlər