7 C
Baku
Thursday, December 12, 2024

Bu gün Xarkovdan Polşaya 200-ə yaxın azərbaycanlı təxliyə ediləcək

“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”.

Bunu açıqlamasında hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, bu rəqəmlər arta bilər: “Çünki Xarkovda vəziyyət daha da gərginləşib. Ümumilikdə təxliyə olunan 500 soydaşımız var. Bu proses getdikcə sürətlənir. Bazar günü 300-dən artıq həmvətənimizin iki reyslə Azərbaycana yola salınması gözlənilir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər