15 C
Baku
Saturday, April 20, 2024

Bu gündən “Galaxy Note 10″nun 70 ölkədə satışlarına start verildi

Bu gün “Samsung”un flaqman smartfonu olan “Galaxy Note 10″nun satışları başlanır.

Xarici KİV-ə istinadən xəbər verilir ki, bu gündən fabletin satışları Cənubi Koreya, ABŞ, Avropa və Cənub-Şərqi Asiya ölkələri də daxil olmaqla 70 dünya ölkəsində start götürüb. Sentyabrda isə bu siyahı 130 ölkəyə kimi genişlənəcək.

Cənubi Koreyada satışların başlanması yüksək ajiotaj ilə müşahidə olunmayıb. Buna səbəb isə yeni flaqmanın əvvəlcədən sifariş edilməsi olub. Belə ki, 9 avqustda açılan ilkin sifarişlər 1,3 milyon olub ki, bu da əvvəlki model üçün qeydə alınan analoji göstəricidən 2 dəfə çoxdur.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər