29 C
Baku
Friday, June 21, 2024

Bu gündən SMS bildirişlərdə icbari sığorta müqaviləsinin tarixi əks olunmayacaq

Bu gündən etibarən 9707 nömrəsindən göndərilən SMS bildirişlərində icbari sığorta müqaviləsinin bağlandığı, qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər əks olunmayacaq. Bu barədə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.

“Son zamanlar İcbari Sığorta Bürosuna daxil olan müraciətlərə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi məktubuna əsasən sığortalılara məxsus məlumatların, həmçinin icbari sığorta müqavilələrinə aid olan məlumatların sığorta bazarının peşəkar iştirakçıları tərəfindən əldə olunaraq öz mənafeləri üçün istifadə olunmasının və dələduzluq hallarının qarşısının alınması, sığorta bazarına etimadın, müştəri məmnunluğunun artırılması məqsədilə 9707 nömrəsindən göndərilən SMS bildirişlərində icbari sığorta müqaviləsinin bağlandığı, qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər 07 iyun 2016-cı il tarixindən etibarən əks olunmayacaq”, – deyə məlumatda qeyd edilib.

“İcbari sığortalar haqqında” qanunun 34.3.4-cü maddəsinə əsasən İSB-nin informasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir.

Qanunun müvafiq maddəsinə uyğun olaraq İSB tərəfindən istifadəyə verilən 9707 SMS xidməti vasitəsilə sığortalılara Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin bağlanması, ləğvi, xitamı, qüvvədən düşməsi və sığorta haqqı barədə məlumat göndərilir.

APA

Son xəbərlər
 ⁠
Digər xəbərlər