22 C
Baku
Thursday, April 25, 2024

Bu gündən “Gəncəbank”ın təminatsız kreditorlarının tələblərinin ödənişinə başlanacaq

Bu gündən Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Gəncəbank” ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişinə başlanacaq.

Fonddan verilən məlumata görə, təminatsız kreditorların tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

“Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət etsinlər və bank rekvizitlərini qeyd etsinlər. Əlavə olaraq ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarının nəzərinə çatdırırıq ki, tələblərin ödənişi ilə bağlı sənədlərin qəbulu Gəncə şəhəri ilə yanaşı, Bakı şəhəri, Babək prospekti, 16 ünvanında həyata keçirilir”, – deyə məlumatda vurğulanıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər