14 C
Baku
Thursday, March 28, 2024

Bu gündən məktəblərdə payız tətili başlayıb

Bu gündən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər