18 C
Baku
Thursday, April 18, 2024

Bu halla bağlı vergi ödəyicilərinə sanksiya tətbiq edilməyəcək – Vergi Xidmətinin açıqlaması

Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılır.

Banker.az bu barədə Vergilər.az saytına istinadən xəbər verir.

Dövlət Vergi Xidməti bu prosesi qısa bir zaman çərçivəsində həll edəcəyini bildirir və vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcəkdir.

Son xəbərlər
Digər xəbərlər