-1 C
Baku
Sunday, December 15, 2024

Bu haqqda tarix kitablarında yazmırlar

Qədim Romada öldürülmüş qladiatorların qanını içirdilər. Elə hesab edilirdi ki, belə etməklə insana həyat gücü gəlirdi.

XV əsrdə italiyalı filosof və astroloq Marsilio Fiçino yuxarıda qeyd etdiyimiz səbəblərdən dolayı cavan insanların qanını içməyi məsləhət görürdü. 

Bu nəzər nöqtəsinə XVI əsrdə Parasels də riayət edirdi. Bakirə qızların qanı daha yüksək qiymətləndirilirdi. Lakin bu müalicə üsulundan yalnız varlı insanlar istifadə edə bilirdilər.

Kasıb insanlar belə edam yerinə gələrək cəlladdan bir az da belə olsun qan almağa cəhd edmirdilər.

1679-cu ildə fransikan loğmanına aid bir resept bugünkü günümüzə gəlib çatıb. Həmin reseptdə təzə qandan necə marmelad düzəltmək olar təsvir olunmuşdu.

1608-ci ilə aid Basilica chymica kitabından resept: 24 yaşlı kürən oğlanın təmiz xəsarət almamış cəsədini götürün. Həmin oğlan ən az bir gün öncə edam olmalıdır. Onu bir gün günəşin və bir gecə ayın altında saxlayın. Daha sonra böyük tikələrə doğrayın və o, çox acı olmasın deyə üstünə aloe tozu səpin …

282 Avropada bu yaxınlarda cəmiyyəti belə bir sual narahat edirdi: «İnsan bədənini yemək olar ya yox?», «insan bədəninin hansı hissəsini yemək daha yaxşı olar?».

Digər möcüzəvi müalicə üsulu insan beyni idi. Homeopatik prinsipə əsasən, insan beynini baş ağrıları zaman istifadə edirdilər.

Alman həkimləri insan piyini tibbdə istifadə edirdilər. Bintləri ona batırırdılar və daha sonra yara nahələrinə sarıyırdılar.

Bu ənənələrə uzun müddət riayət edirdilər.

XIX əsrin 80-ci illərində insan piyindən şamlar düzəldirdilər. Onların insanı iflic edildiyi hesab edilirdi.

1908-ci ildə Almaniyada bir adam edam olunmuş insanın qanını eşafotda belə içməyə cəhd etmişdi.

İngilis kralı II Karl mütəmadi olaraq insan beyinlərindən düzəldilən bəkməz qəbul edirdi.
İctimai edam yerlərində epilepsiyadan əziyyət çəkən insanlar toplaşardılar. Elə hesab edilirdi ki, edam olunanın qanı həmin xəstələrin üstünə fışqıranda onlar sağalacaqlar.

Papa VII İnnokentiy mütəmadi olaraq üç oğlandan çıxardılan qanı içirdi.

Getdikcə insan bədənindən dərman hazırlama üsulları daha da qəddarlaşmağa başlayır. Loğmanlar bəyan edirdilər ki, özünü fəda etmiş insanın cəsədindən düzəldilən dərmanın xüsusiyyətləri daha yaxşıdır. Məsələn, Ərəbistan yarımadasında 70-80 yaşlı kişilər başqalarını xilas etmək üçün öz bədənlərini tibbə bağışlayırdılar. Onlar baldan başqa heç nə yemirdilər və bal vannaları qəbul edirdilər. Bir aydan sonra onlar özləri sidik və nəcis formasında bal ixrac etməyə başlayırdılar. «Şirin babalar» öldükdən sonra onları bal ilə doldurulmuş daş qəbrə yerləşdirirdilər. 100 ildən sonra kişilərin qalıqları çıxarılırdı. Bununla bütün xstəlikləri müalicə edən dərman alırdılar.

Son xəbərlər
Digər xəbərlər