9 C
Baku
Friday, December 13, 2024

Bu içkilərin vergi dərəcələri dəyişdirildi – 10 fevraldan qüvvəyə minəcək

Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycana gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri dəyişib: şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilərin 1 litri üçün 3 manat; meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin 1 litri üçün 3 manat; tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin 1 litri üçün 2 manat; tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilərin 1 litri üçün 2 manat; siqarlar, o cümlədən ucları kəsilmiş siqarların 1 ədədi üçün 1 manat; siqarillaların 1000 ədədi üçün 20 manat; tütün tərkibli siqaretlərin 1000 ədədi üçün 28 manat; tərkibində tütün əvəzləyicisi olan siqarların 1 ədədi üçün 1 manat; tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manat; tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 28 manat; elektron siqaret mayesinin 1 litri üçün 20 manat müəyyən edilib.

Həmçinin oxu:

Aksizli malların aksiz dərəcələrində dəyişikliklər edildi – 10.02.2019-cu il tarixində qüvvəyə minəcək

Qərar 2019-cu il yanvarın 10-da dərc edilib və 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər