12 C
Baku
Wednesday, December 11, 2024

Bu içməli sularda nöqsanlar aşkarlandı – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirlərini davam etdirir.

Banker.az xəbər verir ki, bu, Agentliyin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, cari ilin may ayının 1-dən etibarən aparılan monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən 26 adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqlarının aparılması üçün Agentlik tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Sınaq nəticələrinə əsasən, nümunələrdən 22-nin nəticəsi qənaətbəxş olub. 4 nümunənin mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib. Sınaq nəticəsi uyğunsuz çıxan suların adları aşağıda (Cədvəl 1) qeyd olunan emal müəssisələrində yoxlama keçirilib, hər 4 müəssisənin su emalı fəaliyyəti dayandırılıb, uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılması barədə icrası məcburi göstəriş verilib, 16 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0.5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib.

Ümumilikdə, Agentlik tərəfindən görülmüş tədbirlər çərçivəsində cari il ərzində ölkə ərazisində fəaliyyət göstərən 22 su emalı müəssisəsində planlı və plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar zamanı 18 müəssisədə qida sahəsində qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.

Belə ki, emal edilmiş suların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı, bəzi məhsullarda suların mənbəyinin göstərilmədiyi, bir çox hallarda isə mərkəzləşdirilmiş su sistemindən gələn sular (əhaliyə verilən sular), həmçinin artezian suları qablaşdırıldığı halda, məhsulun üzərində həmin suların müxtəlif təbii mənbələrdən, dağlardan və bulaqlardan gətirilərək qablaşdırıldığı, o cümlədən məhsulun etiketində dağların, bulaqların təsvirlərinin və müxtəlif coğrafi adların qeyd edildiyi müəyyən olunub. Bu da məhsulun üzərində qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, nəticədə qanunvericiliyə zidd olaraq istehlakçıların aldadılmasına səbəb olur. Həmçinin bəzi suların etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatların qeyd olunduğu müəyyən edilib (Cədvəl 2).

Aşkarlanmış nöqsanlarla bağlı hər bir sahibkar barəsində protokol tərtib edilib. Həmin məhsulların emalı və satışı dayandırılıb, qanunvericiliyin tələblərinə uyğun olmayan etiketlərin istifadəsi qadağan olunub və həmin etiketlər məhv edilib. Eyni zamanda, məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı sahibkarlara icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, bir sıra qida subyektləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni etiketlərlə məhsulların emalına başlanılıb.

AQTA qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirlərini davam etdirir.

Mikrobioloji göstəricilərində uyğunsuzluq aşkar edilən 4 müəssisə və həmin müəssisələrdə emal olunan məhsullar, həmçinin görülən tədbirlərlə aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərsiniz: 

Cədvəl 1

S/N İstehsalçının adı Məhsulun əmtəə nişanı Aşkarlanan uyğunsuzluqlar Uyğunsuzluqlarla əlaqədar görülmüş tədbir
1 “AzNar” QSC “Aria” Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib.

(19.09.2022-ci il istehsal tarixli məhsul partiyası) Suyun mənbəyi İsmayıllı rayonu, “Nar Bulaq” artezian quyusu olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradır.

Uyğunsuzluq aşkar edilmiş məhsul partiyasının ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yeni qablaşdırmada dağ şəkli çıxarılıb.

2 Fiziki şəxs Ələsgərov Xəqani “Muğanlı” Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib.

(09.04.2023-cü il istehsal tarixli məhsul partiyası)

Müəssisənin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
3 “Qafqaz Aqua” MMC “Qafqaz Aqua” Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib.

(03.04.2023-cü il istehsal tarixli məhsul partiyası)

Müəssisənin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
4 “AM Trading” MMC “Qornaya” Mikrobioloji göstəricilərdə uyğunsuzluq aşkar edilib.

(01.03.2023-cü il istehsal tarixli məhsul partiyası)

Müəssisənin fəaliyyəti dayandırılıb, uyğunsuzluq aşkar edilmiş partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Etiket məlumatlarında uyğunsuzluqlar aşkarlanan 18 müəssisə və həmin müəssisələrdə emal olunan məhsullar, həmçinin görülən tədbirlərlə aşağıdakı cədvəl vasitəsilə tanış ola bilərsiniz:

S/N İstehsalçının adı Məhsulun əmtəə nişanı Aşkarlanan uyğunsuzluqlar Uyğunsuzluqlarla əlaqədar görülmüş tədbir
1 “Çemp Su” MMC “Çemp Su” Suyun mənbəyi “mərkəzləşdirilmiş su xəttindən təmizlənmiş içməli su” olduğu halda, üzərində “müalicəvi” xarakterli məlumatlar və “Böyük Qafqaz sıra dağlarının təbii bulaqlarından ekoloji təmiz su” qeyd edilib. “müalicəvi” xarakterli məlumatlar çıxarılıb, mənbəyi “mərkəzləşdirilmiş su xəttindən təmizlənmiş içməli su” qeyd edilib.
2 “Xeyriyyə” MMC “Çuxuryurd” Üzərində “təbii müalicəvi mineral süfrə suyu” qeyd olunub. “müalicəvi” sözü çıxarılaraq, “təbii mineral süfrə suyu” ilə əvəzlənib
3 “Mor-Mor” KFT MMC “Mor-Mor Turşsu” Üzərində “müalicəvi” xarakterli məlumatlar, həmçinin adında

“mineral müalicəvi süfrə suyu” qeyd olunub.

“müalicəvi” xarakterli məlumatlar çıxarılıb, “mineral müalicəvi süfrə suyu” qeydi “qazlı mineral su” ilə əvəzlənib.
4 Fiziki şəxs Quliyev Akif Siyaş oğlu “Çaldaş” Üzərində “müalicəvi” xarakterli məlumatlar, həmçinin adında “müalicəvi süfrə suyu” qeyd olunub. “müalicəvi” xarakterli məlumatlar və “müalicəvi süfrə suyu” qeydi çıxarılıb.
5 Fiziki şəxs Zeynalova Sevda Nofəl qızı “Abşirin Su” Suyun mənbəyi quyu suyu olduğu halda, üzərində “təbii içməli su” qeyd edilib. “təbii içməli su” sözləri “təmizlənmiş içməli quyu suyu” ilə əvəzlənib.
6 “İkar-Qrup” MMC “Elmas” Suyun mənbəyi “Abşeron rayonu, Zirə kəndi, artezian suyu” olduğu halda, üzərində “mineral süfrə suyu” qeyd edilib. “mineral süfrə suyu” sözləri “qazsız içməli su” ilə əvəzlənib.
“Ada Su” Suyun mənbəyi “Abşeron rayonu, Zirə kəndi, artezian suyu” olduğu halda, üzərində “təbii qazsız içməli su” qeyd edilib. “təbii qazsız içməli su” sözləri “qazsız içməli su” ilə əvəzlənib.
“Gülüm” Suyun mənbəyi “Abşeron rayonu, Zirə kəndi, artezian suyu” olduğu halda, üzərində “mineral su” qeyd edilib. “mineral su” qeydi çıxarılıb.
“Sizlik Su” Suyun mənbəyi qeyd olunmayıb. Üzərində “ozonlaşdırılmış artezian suyu” qeyd edilib.
7 Fiziki şəxs İsfəndiyarov Əkbər Əli oğlu “Mehri Su” Suyun mənbəyi qeyd olunmayıb. Üzərində “mərkəzləşdirilmiş xətt filterindən keçən su” qeyd edilib.
“Fərab Su” Suyun mənbəyi qeyd olunmayıb. Üzərində “mərkəzləşdirilmiş xətt filterindən keçən su” qeyd edilib.
“İnci” Suyun mənbəyi qeyd olunmayıb. Üzərində “mərkəzləşdirilmiş xətt filterindən keçən su” qeyd edilib.
“Kuzə” Suyun mənbəyi qeyd olunmayıb. Üzərində “mərkəzləşdirilmiş xətt filterindən keçən su” qeyd edilib.
8 Fiziki şəxs Ağayev Pərviz Teymur oğlu “Saf Su” Suyun mənbəyi qeyd olunmayıb. Üzərində “yüksək keyfiyyətli təbii artezian suyu” qeyd edilib.
9 Fiziki şəxs Həsənəliyev Seyfulla Rəvxan oğlu “Araz Su” Suyun mənbəyi qeyd olunmayıb. Üzərində “osmosis sistemlərlə filterləşdirilmiş şəbəkə suyu” qeyd edilib.
10 Fiziki şəxs Mustafayev Mübariz Müşviq oğlu “Gülazar” Suyun mənbəyi “Göygöl-Gəncə magistral su kəməri” olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradır və suyun mənbəyi qeyd edilməyib. Suyun mənbəyi qeyd edilib və yeni qablaşdırmada dağ şəkli çıxarılıb.
11 “Mineral Sular” MMC “Vita 1000” Suyun mənbəyi “Oğuz-Qəbələ-Bakı su kəməri” olduğu halda, üzərində “Böyük Qafqaz sıra dağları” və “təbii mineral süfrə suyu” qeyd olunsa da, istehsal prosesi zamanı müvafiq filterdən keçirildiyi müşahidə olunub. “Böyük Qafqaz sıra dağları” və “təbii mineral süfrə suyu” sözləri çıxarılıb, suyun mənbəyi “Oğuz-Qəbələ-Bakı su kəməri” qeyd edilib.
12 Fiziki şəxs Dadaşov Azər “Bir Damla Su” Etiket məlumatları mövcud deyil. Müəssisənin fəaliyyəti dayandırılıb. Nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilib.
13 Fiziki şəxs

Yusifov Əli

“Murovdağ” Suyun mənbəyi “Göygöl-Gəncə magistral su kəməri” olduğu halda, üzərində dağ şəkli göstərilərək dağ suyu təəssüratı yaradır və suyun mənbəyi qeyd edilməyib. İcrası davam edir.
14 Fiziki şəxs Məmmədov Vüqar Saleh oğlu “Ozon Su” Suyun mənbəyi mərkəzləşdirilmiş su xəttindən götürülən su olsa da, məhsulun üzərində suyun mənbəyi “Böyük Qafqaz sıra dağları” qeyd olunub. İcrası davam edir.
15 Fiziki şəxs Hakimi Bəxtiyar “Zəhra” Suyun mənbəyi “Göygöl-Gəncə magistral su kəməri” olduğu halda, üzərində “bulaq suyu” ifadəsi qeyd olunub. İcrası davam edir.
16 Fiziki şəxs Nabatəliyev Həsi Yunus oğlu “Bir Damcı Su” Qablaşdırılan su məhsullarının üzərində etiket məlumatları mövcud deyil. İcrası davam edir.
17 “İpək Su” MMC “İpək Su” Suyun mənbəyi “Xaçmaz rayonu artezian suyu” olduğu halda, üzərində “bulaq suyu” qeyd edilib. İcrası davam edir.
18 Fiziki şəxs Hüseynov Ədalət Alcəfər oğlu “İpək Su” Suyun mənbəyi “Xaçmaz rayonu artezian suyu” olduğu halda, üzərində “bulaq suyu” qeyd edilib. İcrası davam edir.
 
Son xəbərlər
Digər xəbərlər