Banker.az Dövlət Dtatistika komitəsinə istinadən xəbər verir ki, ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 17,8 milyard manat məbləğində kredit vermiş, kreditlərin 79,2 faizi uzunmüddətli olmuş, 5,3 faizinin ödəmə vaxtı keçmişdir.
Noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri isə keçən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 7,0 milyard manat olmuş, onların 4,4 milyard manatı milli valyuta ilə, 2,6 milyard manatı isə xarici valyuta ilə qoyulmuşdur.